Toyda çanta oğurlayan qadın tutuldu
Bizi izləyin

Qırmızı.az

Toyda çanta oğurlayan qadın tutuldu

Bakıda şadlıq evindən çanta oğurlayan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 10-da Məhsəti küçəsində yerləşən şadlıq evində masanın üzərindən Mingəçevir şəhər sakini Nazilə Ələsgərovanın içərisində 270 manat, 2 ədəd ətir, mobil telefon, 2 ədəd MP3 diski olan əl çantası oğurlanıb.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova saxlanılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm