Mağazadan oğurluq edildi
Bizi izləyin

Qırmızı.az

Mağazadan oğurluq edildi

Oktyabrın 9-da Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində Bakı şəhər sakini Əbdül Abbasova məxsus mağazadan tütün məmulatları, spirtli içkilər, danışıq kartları və 40 manat oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1998-ci il təvəllüdlü İlkin Göyçəyev tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm