Həmsədrlər Azərbaycana gəlir
Bizi izləyin

Qırmızı.az

Həmsədrlər Azərbaycana gəlir

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 16-da Qazax rayonu Balacəfərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Simon Tiller keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədirləri – İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), elecə də C.Uorlikin koməkçisi David Salvo, İ.Popovun koməkçisi Yelena Kravçenko 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm