Rəşid Behbudov küçəsi bağlanır
Bizi izləyin

Qırmızı.az

Rəşid Behbudov küçəsi bağlanır

Bakıda yenə yol bağlanır. Publika.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən edilmiş təklifə əsasən Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsində işıqfora daimi sağadönmə seksiyasının əlavə edilməsi məqsədilə bu gün saat 11:00-dan etibarən “Azəryolservis” ASC tərəfindən hərəkətin təşkili ilə əlaqədar yol cizgi xətləri yenidən rənglənəcək.

Rənglənmə işləri zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm