Qırmızı.az
Bakıda hansı küçələr təhlükəlidir?
Bu ilin 9 ayı ərzində Bakının inzibati ərazisində baş verən yol qəzalarının əksəriyyəti Heydər Əliyev prospektində (32 hadisə), Nobel prospektində (26 hadisə), Zığ yolunda (22 hadisə), Azadlıq prospektində (18 hadisə), Ziya Bünyadov prospektində (18 hadisə), Mərdəkan-Bakı yolunda (16 hadisə), Mərdəkan-Buzovna yolunda (16 hadisə) qeydə alınıb.
Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildiriblər ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayı 73 fakt (ötən il 752 fakt), ölənlərin sayı 21 nəfər (ötən il 258 nəfər), xəsarət alanların sayı isə 102 nəfər (ötən il 769 nəfər) azalıb.
Baş vermiş qəzalar nəticəsində həlak olanlardan 164 nəfəri kişi, 59 nəfəri qadın, 14 nəfəri uşaqlar, yaralananların isə 431 nəfəri kşi, 189 nəfəri qadın, 47 nəfəri uşaqlar olub.
Hadisələrin baş verməsinin əsas səbəbləri sürət həddinin aşılması (40,1 faiz), ötmə qaydalarının pozulması (31,5 faiz), yolayrıcılarını keçmə qaydalarının pozulması (7,1 faiz), avtomobilin sərxoş halda idarə edilməsi (1,5 faiz) olub.
Hadisələrin növləri arasında toqquşmalar (31,2 faiz), aşmalar (21,1 faiz), avtomobillə piyadaların vurulması (51 faiz), maneəni vurmalar (9,7 faiz) çoxluq təşkil edib.
Piyadaların vurulması nəticəsində 118 nəfər (il ərzində qəzalarda ölənlərin 49,8 faizi) ölüb, 251 nəfər (il ərzində qəzalarda yaralananların 37,6 faizi) yaralanıb.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO