“NİDA”çı gənc Prezidentə əfv ərizəsi yazdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

“NİDA”çı gənc Prezidentə əfv ərizəsi yazdı (FOTO)

Bakıda 3 saylı istintaq təcridxanasında saxlanılan gənc bloqçu Ömər Məmmədov Azərbaycan Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov Azərbaycan Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb. Ö. Məmmədovun xahişi ilə müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq:

“Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin

3 saylı istintaq təcridxanasında saxlanılan

təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən

(maddə 234.4.3, cəza müddəti 5 il)

Ərizə

Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!!!

Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz.

Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm.

08.10.2014-cü il

Məmmədov Ömər Elyar oğlu”

“Azərbaycan Respublikasının Mətbuat Şurasına

Surəti: Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıya

3 saylı istintaq təcridxanasında saxlanılan

təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən

Müraciət

Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bugünkü gündən çıxardasız.

Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm.

Ömər Məmmədov Elyar oğlu

08.10.2014-cü il”

Qeyd edək ki, Ömər Məmmədov “NIDA” Vətəndaş Hərəkatının keçmiş üzvü, həmçinin “Axın” hərəkatının təsisçilərindən biri hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm