Valideynlər qüsurlu uşaqdan imtina etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Valideynlər qüsurlu uşaqdan imtina etdi - FOTO

Valideynləri 1 yaş 9 aylıq uşaqdan imtina edib. Əqli və fiziki cəhətdən xəstə olan Renat başqalarının köməyi olmadan hərəkət edə bilmir. Hazırda xəstəxanada olan uşaq bu gün Azərbaycan Uşaq Birliyinə yerləşdiriləcək.

Bu barədə Publika.az-a məlumat verən birliyin sədri Kəmalə Ağazadə Renatın anasının vərəm xəstəsi olduğunu, atasının isə onu başqasına verdiyini deyib:

“Ana uşaqdan imtina edib, 1 saylı vərəm dispanserində müalicə alır. Xəstəliyi ağır mərhələdədir. Uşaq isə atasının himayəsinə verilib. Atasının ailəsi isə, demək olar ki, uşağa baxmayıb. Ümumiyyətlə, ailə problemlidir”.

K.Ağazadə Azərbaycan Uşaq Birliyində Renatın qalmasının mümkün olduğunu desə də, onun xüsusi tipli müəssisəyə yerləşdirilməsinə ehtiyac olduğunu bildirib:

“Renat birlikdəki digər uşaqlar kimi sağlam deyil. Onun köməyə ehtiyacı var. Buna görə də o, xüsusi tipli müəssisəyə yerləşdirilməlidir. Əlbəttə, xəstəxanadan gəldikdən sonra onu birlikdə saxlayacağıq. Uşağın sənədləri qonşudadır, lakin qonşu sənədləri vermək istəmir. Buna görə də köməklik göstərilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm