Hacıların sonuncu qrupu bu gün ölkəyə qayıdır
Bizi izləyin

Qırmızı.az

Hacıların sonuncu qrupu bu gün ölkəyə qayıdır

Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlarımızın ziyarət səfəri başa çatıb. Oktyabrın 11-15-i arası gerçəkləşən təyyarə reysləri ilə azərbaycanlı zəvvarlar Vətənə qayıdıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun Publika.az-a verdiyi məlumata görə, zəvvarların səhhətində heç bir ciddi problem olmayıb və ziyarət bütün qaydalara uyğun həyata keçirilib.

Sonuncu təyyarə reysləri bu gün həyata keçirilir. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı Vətənə dönmüş olacaq.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ziyarəti ayinlərini başa vurduqdan sonra mübarək Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən gerçəkləşir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm