Az MİU Rusiya ali məktəbləri ilə müqavilə imzaladı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Az MİU Rusiya ali məktəbləri ilə müqavilə imzaladı - FOTOLAR

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Rusiya Federasiyasının bir sıra ali məktəblərinin arasında müqavilə imzalanıb.

Publika.az-ın məlumatına görə, imzalanma mərasimində iştirak edən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova rusiyalı qonaqlara əvvəlcə universitetin tarixi və kadr hazırlığı barədə məlumat verib.

Rektor müstəqillikdən sonra ölkənin iqtisadi imkanlarının artması və bunun təhsilin də inkişafına təsir göstərməsi barədə məlumat verib.

“Ölkədə neft gəlirlərinin insan kapitalına çevrilməsi üçün böyük layihələr həyata keçirilir. Büdcədən təhsilə ayrılan xərclər hər il artırılır”.

Tələbələrin xaricdə təhsil alma imkanlarına toxunan rektor bu sahədə də xüsusi layihələrin həyata keçirildiyini bildirib:

“SSRİ dövründə də azərbaycanlı tələbələr xarici ölkələrdə təhsil alırdı. Müstəqillikdən sonra bu işlər sistemli şəkildə qurulur. Tələbələrin xaricdə təhsil almaları üçün dövlət proqramı müəyyən edilib, artıq ilkin mərhələ başa çatır. Təhsilini başa vurmuş tələbələr ölkəyə qayıdıb, biliklərini istehsalatda tətbiq edirlər. Bizim ali məktəb də xarici universitetlərlə imkanlarını genişləndirmək üçün müəyyən addımlar atır. İnanırıq ki, burada imzalanacaq müqavilələr bu əməkdaşlığı daha da genişləndirəcək.

Tədbirdə Rostov Dövlət İnşaat Universitetinin Şəhərsalma və Memarlıq İnstitutunun direktoru Pişulina Viktoriya, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru Pustovetov Gennadiy, Moskva Memarlıq İnstitutunun professoru M.V.Şubekov, Ufa Dövlət Neft Texniki Universitetinin professor Sabitov İldar Narimanoviç, Kuban Dövlət Universitetinin memarlıq və dizayn fakültəsinin dekanı Svetlana Koçetkova, Novosibirsk Dövlət Memarlıq İnşaat Universitetinin rektoru Yuriy Skoluboviç iştirak ediblər. Qonaqlar da universitetlər arası əlaqələrdən danışıb, müqavilənin bu münasibətləri daha da inkişaf etdirəcəyini deyiblər.

Müsabiqəyə qatılan ali məktəblərin bir neçəsi ilə öncədən əməkdaşlıq müqaviləsi imzalanıb, bir neçəsi ilə əvvəldən mövcud olan müqavilələr yenilənib.

Qeyd edək ki, oktyabrın 11-dən 18-dək AzMİU və Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə Bakıda memarlıq və dizayn üzrə buraxılış işlərinin beynəlxalq baxış-müsabiqəsi keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm