Şeyx Fələstinli nazirlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Şeyx Fələstinli nazirlə görüşüb

Azərbaycanda səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ilə görüşüb.

QMİ-dən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərinə nəzər salınıb.

Allahşükür Paşazadə Azərbaycan və Fələstin xalqları arasında möhkəm dostuq əlaqələrinin olduğunu deyib. Şeyxülislam əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. A.Paşazadə Azərbaycanın və Fələstinin bir-birinə qarşılıqlı dəstəyinin hər zaman davam edəcəyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Fələstin tərəfinə minnətdarlığını bildirib.

Riyad əl-Maliki Azərbaycanın Fələstinə həm humanitar yardım göstərməsini, həm də bu ölkəni beynəlxalq təşkilatlarda daim dəstəkləməsini yüksək qiymətləndirib.

Azərbaycan ilə Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud olduğunu bildirən nazir səfərinin bu əlaqələri daha da dərinləşdirməyə xidmət etdiyini söyləyib. O, əlavə edib ki, Azərbaycan və Fələstin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin dərinləşməsinə töhfə verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm