Hüquq müdafiəçisi prezidentdən bağışlanmasını xahiş etdi
Bizi izləyin

Qırmızı.az

Hüquq müdafiəçisi prezidentdən bağışlanmasını xahiş etdi

Hüquq müdafiəçisi Rəsul Cəfərov azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova müraciət edib.

Publika.az xəbər verir ki, hüquq müdafiəçisinin Facebook səhifəsində paylaşılan müraciətdə R.Cəfərov indiyə qədər hüquq müdafiə fəaliyyətini güclü və firavan Azərbaycan üçün həyata keçirdiyini və bundan sonra da eyni məqsədə nail olmaq üçün daha əzmlə, daha doğru, daha şəffaf və geniş dialoq şəraitində çalışacağını bildirib.

Müraciətdə o da qeyd edilib ki, hüquq müdafiəçisi hələ həbsindən əvvəl istintaqın obyektiv aparılması üçün zəruri addımlar atıb.

Bununla belə, həbsdən azad edilməsinin İlham Əliyevdən asılı olduğunu dərk edərək Prezidentdən azadlığa buraxılmasına sərəncam verməsini xahiş edib.

Eyni zamanda, Rəsul Cəfərov bu gün Baş prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq, avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ən azı ev dustaqlığına buraxılması ilə bağlı istintaq orqanına göstəriş verməsini xahiş edib.

Cəfərov müraciətdə istintaqdan yayınmadığını, zəruri ifadə və sənədləri təqdim etdiyini, daimi yaşayış yeri olduğunu və fəaliyyətinin məlum olduğunu qeyd edərək, həbsdə saxlanılması üçün heç bir ciddi əsasın olmadığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm