Konstitusiya Məhkəməsi qərar qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Konstitusiya Məhkəməsi qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olub.

Məhkəmədən Publika.az-a verilən məlumata görə, iclasda İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etmək vəzifəsinin apelyasiya instansiyası məhkəməsinə aid olub-olmaması baxımından şərh edilməsinə dair Şəki Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apelyasiya icraatında tətbiq edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm