Qırmızı.az
Müəllim və valideynlərlə səyyar qəbulun vaxtı açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, növbəti səyyar qəbullar sabah Səbail və Suraxanı rayonlarında keçiriləcək. Suraxanı rayonu üzrə 226 №li məktəbdə keçiriləcək səyyar qəbula Bülbülə qəsəbəsində yerləşən 79, 87, 140, 208, 226, 232, 327 №li məktəblərin, Əmircan qəsəbəsində yerləşən 84, 85, 97, 114, 154 №li məktəblərin, 18 №-li Uşaq-Gənclər İdman Məktəbinin, 48 №-li Tərbiyə işi Mərkəzinin, Yeni Suraxanı qəsəbəsində yerləşən 89, 101, 316 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səbail rayonu üzrə 51 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 2,
7, 50, 51, 162, 219 №li məktəblərin, 9 №-li Uşaq-Gənclər İdman
Məktəbi, 20 №-li Uşaq Yaradıcılıq Mərkəzi və 35 №-li Texniki
Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə
bilərlər.
Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların
müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata
keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən
ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə
yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini
artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam
və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq
məqsədini daşıyır.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB