• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AMEA-dan yeni təyinat

AMEA-dan yeni təyinat

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə yeni direktor təyin edilib. AMEA-nın mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, AMEA Rəyasət Heyətinin iclasında tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli təyin edilib.

Qeyd edək ki, Elm Tarixi İnstitutu Azərbaycanda elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi, eləcə də elmin metodoloji bazasının təşəkkülü, elmə dair abidələrin aşkarlanması və tədqiqi, elm tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı məqsədilə yaradılıb.

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadə öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü Mərkəzin direktoru vəzifəsinə təyin edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR