Küçə reklamlarının monitorinqi aparılacaq
Bizi izləyin

Qırmızı.az

Küçə reklamlarının monitorinqi aparılacaq

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Bakıda küçə reklamları ilə bağlı monitorinqlərə başlayıb. Publika.az-ın məlumatına görə, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli mətbuat konfransında deyib.

Hazırda İnstitutda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkiafına dair Dövlət Proqramı"na əsasən 3 istiqamətdə iş aparıldığını deyən Q.Məhərrəmli həmin istiqamətlər üzrə jurnalistlərə məlumat verib.

Bildirib ki, birinci istiqamət ölkəyə idxal olunan dərman preparatlarının təlimat vərəqələrindəki dilin monitorinqidir.

İkincisi teleradio verilişlərinin dili üzərində müşahidələrin aparılması, üçüncüsü isə Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonlarının ərazisində küçə adları, afişalar, reklam lövhələrinin dili üzərində müşahidələrin aparılmasıdır. Artıq 3-cü istiqamət üzrə işlərə başlanılıb.

Bəzən bir adın müxtəlif formalarda yazıldığını deyən şöbə müdiri bildirib ki, küçələrdə və digər yerlərdə Azərbaycan dilinin korlanmasının qarşısının alınması üçün xüsusi komissiya yaradılacaq. Komissiyada aidiyyəti dövlət qurumları, müstəqil media nümayəndələri təmsil olunacaq.

Komissiyanın qərarlarının tövsiyə xarakteri daşıyacağını deyən Q.Məhərrəmli bildirib ki, hər kəs küçələrdə görünən yanlışlıqlarla bağlı komissiyanın qaynar xəttinə müraciət edə biləcək.

Q.Məhərrəmli Azərbaycan dilinin korlanmasında xüsusi "əməyi" olan bəzi informasiya saytları barədə də söz açıb.

"Dil həm mətbuatın silahıdır, həm də dili ən çox korlayan da mətbuatdır. İnsanın iki vətəni var. Biri onun yaşadığı coğrafi məkandır, digəri isə onun danışdığı dildir. Biz Vətənimizi birlikdə qorumalıyıq".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm