Şagirdin döyülməsi ilə bağlı araşdırma başladı
Bizi izləyin

Qırmızı.az

Şagirdin döyülməsi ilə bağlı araşdırma başladı

Paytaxtın Sabunçu rayonundakı 331 saylı orta məktəbində 10 yaşlı şagirdin idman müəllimi tərəfindən döyülməsi ilə bağlı araşdırma başlayıb.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun rəhbəri Arzu Tairquliyeva məlumat verib. O bildirib ki, orta məktəb şagirdinin döyülməsi faktı Təhsil Nazirliyinin nəzarətindədir və məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə müvafiq olaraq qərar qəbul olunacaq.

ANS TV-nin məlumatına görə, məktənin Firdovsi adlı idman müəllimi 5-ci sinif şagirdi Fərid Babaşzadəni döyməsi barədə məlumat yayıb. Məlumata görə, şagirdin valideynləri bir müddət əvvəl Fəridin qan xəstəliyi olduğunu və idman dərslərinə buraxılmaması üçün məktəb rəhbərliyinə müraciət edib. Lakin məktəb rəhbərliyi F.Babaşzadəni idman dərslərindən kənarlaşdırmayıb.

Lakin nə hadisədə adı çəkilən Firdovsi müəllim, nə də məktəb direktoru Esmira Muradova valideynlərin dedikləri ilə razılaşıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm