Sərnişindaşıma tarifləri bahalaşıb
Bizi izləyin

Qırmızı.az

Sərnişindaşıma tarifləri bahalaşıb

2014-cü ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunub.

Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb, dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm