Qırmızı.az
Abid Şərifov: "Kim istəsə, "Sovetski"də qalıb yaşaya bilər"
"Sovetski"də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.
A.Şərifov vurğulayıb ki, "Sovetski" sakinlərindən kim istəsə, qalıb orada yaşaya bilər.
Bəzi vətəndaşların kompensasiyanın azlığından şikayət etməsinə münasibət bildirən Baş nazirin müavini vurğulayıb ki, verilən kompensasiya az deyil: “Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. "Mən 15 kvadratmetr ərazidə yaşayıram, onu satsam, gedib özümə başqa yerdən ev ala bilməyəcəm" məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdır. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunurlar. Heç kim evindən zorla çıxarılmır”.
Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə, A.Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür: “Bu günə qədər kim deyə bilər ki, kiminsə sənədsiz evi sökülüb, vəsait verilməyib. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb vəsait ödənilməyib. Bu, ola bilməz. 3-cü mikrorayonda evlərin 90 faizinin sənədi yoxdur, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma hamısına kompensasiya ödənilib. Heç kim narahat olmasın”.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”