Həbsdə olan hüquq müdafiəçisi Prezidentə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Həbsdə olan hüquq müdafiəçisi Prezidentə müraciət etdi

Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Rəsul Cəfərov müəssisə rəhbərliyi vasitəsilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Publika.az Penitensiar Xidmətin saytına istinadən xəbər verir.

R.Cəfərovun xahişi ilə onun müraciəti olduğu kimi ictimaiyyətin diqqətinə çatdırılır:



“Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Cinayət Məcəlləsinin 192.2.2; 213.1 və
308.2- ci maddələri ilə təqsirləndirilən və
hazırda Bakı İstintaq təcridxanasında
saxlanılan Cəfərov Rəsul Ağahəsən oğlu
tərəfindən

M Ü R A C İ Ə T



Möhtərəm cənab Prezident.
Mən hüquq müdafiə fəaliyyətim çərçivəsində həyata keçirdiyim layihələr üzrə cinayət törətməkdə ittiham edilirəm və barəmdə 02.08.2014 –cü il tarixdə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaq qanunlara riayət edilməklə və istintaq orqanının səlahiyyətləri çərçivəsində aparılır, bu səbəbdən də həbsimdən əvvəl istintaqın obyektiv aparılması üçün bütün zəruri addımları atmışam.



Möhtərəm cənab Prezident,
Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək Sizə müraciət etmək qərarına gəlmişəm. Məqsədim həmişə daha firavan və daha yaxşı Vətən – Azərbaycan üçün fəaliyyət göstərmək olub, bundan sonra da, əsas qəyəm bu istiqamətdəki fəaliyyətimdə olduğundan daha şəffaf, daha doğru və düzgün olmaqdan, dövlət qurumları və hakimiyyət nümayəndələri ilə geniş dialoq yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Əvvəlki fəaliyyətimdə yol verilən çatışmmamazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm. Bilik və bacarığıımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm.
Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim həbsdən azadlığa buraxılmağıma sərəncam verməyinizi Sizdən xahiş edirəm.



Hörmətlə,
Cəfərov Rəsul Ağahəsən oğlu. 14.10.2014”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm