Rusiyanın iki hərbi gəmisi Bakı buxtasında - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Rusiyanın iki hərbi gəmisi Bakı buxtasında - FOTOLAR

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hərbi orkestrin müşayiəti ilə sahilə yan alan Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıb.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər oktyabrın 19-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm