Qırmızı.az
Bakıda müəllimlər üçün differensial əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Bakıda demək olar ki, bütün orta məktəb
müəllimləri sınaq qiymətləndirmədə iştirak edib: "Bu, sınaq
qiymətləndirmədən sonrakı mərhələdə olan proseslərdən -
attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonra
təhsil sistemində fəaliyyət göstərən müəllimlərin əməkhaqqı
məsələsinə aparan yoldur".
Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni təklif Nazirlər
Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil Nazirliyinin
mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox
böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır".
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO