Həbsdəki “NİDA”-çı Heydər Əliyevin məzarını ziyarət etmək istəyir
Bizi izləyin

Qırmızı.az

Həbsdəki “NİDA”-çı Heydər Əliyevin məzarını ziyarət etmək istəyir

Bu barədə Publika.az-a Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı İstintaq təcridxanasında saxlanılan Bəxtiyar Quliyev Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı cənab Mədət Quliyevə müraciət ünvanlayıb. B.Quliyevin xahişi ilə müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq:


“Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini
Penitensiar xidmətin rəisi
general-leytenant cənab Mədət Quliyevə


MÜRACİƏT


Mən Quliyev Bəxtiyar Səməndər oğlu, keçmiş “Nida”çı 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 234.1, 228.3, 220.1 maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm. Hal-hazırda Apellyasiya məhkəməsində işimə baxılır.
Mən əvvəl yazdığım müraciətimdə Azərbaycan Respublikasının Prezidentinə bildirmişəm ki, törətdiyim cinayət əməlinə görə peşman olmuşam. Habelə istədim ki, mən Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni edim.
Prezidentimiz gənclərlə görüşlərdə demişdir ki, siz gənclər Azərbaycanın gələcəyisiniz. Mən də bu gənclərin sırasında olmaq istəyirəm.
Bu gün mənə şərait və şans verilsə, mən ömrümün axırına kimi vətənimə və xalqıma xidmət etməyə hazıram.
Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq işlərinin memarı Ulu Öndər Heydər Əliyev olmuşdur. Vətənpərvər bir gənc kimi Ulu Öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm.
Xahiş edirəm Ulu Öndərin məzarını ziyarət etmək üçün mənə müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz.

Quliyev Bəxtiyar Səməndər oğlu
04.10.2014”


İctimaiyyətlə əlaqələr şöbəsi.

16.10.2014

6207_219398102.jpg

6208_914714959.jpg

Oxumağa davam et
Reklam
Reklam

Gündəm