24 dövlət orqanı işçi axtarır
Bizi izləyin

Qırmızı.az

24 dövlət orqanı işçi axtarır

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabrın 17-dən 24 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 451 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Komissiyadan Publika.az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 422-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 16-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya məhkəmə orqanının aparatındadır.

Müsabiqədə iştirak etmək arzusunda olanlar noyabrın 17-dək Komissiyaya müraciət edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini noyabrın 15-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm