Qırmızı.az
Təhsil Nazirliyi QMİ-nin təklifini bəyənmədi
Azərbaycan Təhsil Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
ölkədə yaranmış dini radikalizm probleminin aradan qaldırılması,
insanların dini cəhətdən düzgün maariflənməsi üçün orta və ali
məktəblərdə dini dərslərin mütləq şəkildə tədris edilməsi ilə bağlı
təklifinə münasibət bildirib.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan
Konstitusiyasının 18-ci maddəsinə görə, dövlət təhsil sistemi
dünyəvi xarakter daşıyır. Bu mənada məktəblərdə ayrıca dini
dərslərin tədrisi məqsədəuyğun sayılmır. Bununla belə, ayrı-ayrı
dinlər haqqında, xüsusilə islam dini, görkəmli şəxsiyyətləri,
müqəddəs kitabımız Qurani-Kərim və burada insanlara təlqin olunan
mənəvi dəyərlər haqqında şagirdlərə məlumatların verilməsi zəruri
hesab edilir. Həmin məlumatlar ümumtəhsil məktəblərində tədris
olunan "Həyat bilgisi" fənnində və digər fənlərdə nəzərə
alınıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Azərbaycanın orta və ali məktəblərdə dini dərslərin tədrisində çox gecikdiyini söyləyib. O qeyd edib ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. Bu gün Azərbaycanda insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur. Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarından istifadə edərək orta və ali məktəblərdə dini dərslər keçmək, dinlərin əsasları ilə bağlı kompleks təlimlər təşkil etmək mümkündür.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL