Qənirə Paşayeva Vera Balova ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Vera Balova ilə görüşüb

Moldovada səfərdə olmuş millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Təhsil İdarəsinin rəhbəri Vera Balova ilə görüşüb. Moldova Respublikasına bağlı Qaqauz Yerinin Başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerində səfərdə olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan və onun müxtəlif bölgələri ilə Moldova və Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib.

O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib və Moldova ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsinin əhəmiyyətli olacağını bildirib.
Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Qaqauz Yerinin Təhsil İdarəsinin rəhbəri Vera Balova Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Qaqauziyanın ali təhsil məktəblərində oxuyan azərbaycanlı tələbələr haqqında məlumat verən Vera Balova burda onların özlərini öz doğma vətənlərində hiss etmələri üçün hər cür şəraitin yaradıldığını, Qaqauziyanın ali təhsil məktəblərində azərbaycanlı tələbələrinin, eləcə də qaqauz tələbələrin Azərbaycanın ali təhsil məktəblərində oxumalarında və sayının artmasında maraqlı olduqlarını deyib.

Azərbaycanlı tələbələrin onlara əmanət olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Moldovanın ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də rektora geniş məlumatlar verib.

Millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Təhsil İdarəsinin rəhbəri Vera Balovanı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən böyük məmnunluq duyacağını deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qaqauz Yerinin Təhsil İdarəsinin rəhbəri Vera Balovaya Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm