Qırmızı.az
3000-dən çox keçmiş məhkuma müavinət verildi
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən cari ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilib, tibbi və sosial yardıma ehtiyacı olan 3550 nəfər birdəfəlik pul müavinəti ilə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə əsasən, minimum əməkhaqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.
Eyni zamanda, hesabat dövründə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən ibarət olmaqla, 1560 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.
Ermənistanın müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 498 nəfər isə kompensasiya ilə təmin olunub.
Gülnar
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR