Tanzaniyada 7 “cadugər” yandırılıb
Bizi izləyin

Qırmızı.az

Tanzaniyada 7 “cadugər” yandırılıb

Tanzaniyanın Murufiti kəndində qəzəblənən camaat cadugərlikdə şübhəli bilinən yeddi nəfəri yandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Mirror” məlumat yayıb.

Polisin məlumatına görə, kənd sakinləri “cadugərlər”ə hücum edərək onları tikələrə parçalayıb, daha sonra isə yandırıblar. Hadisəni törədən 23 nəfər saxlanılıb. Onların arasında bir ara həkimi də var.

Yerli hüquq müdafiəçiləri bildirirlər ki, Tanzaniyada hər il təxminən 500 "cadugər" öldürülür. Onlar bir qayda olaraq yaşlı qadınlar və ya albinoslar olur. Yerli kəndlilər öz bədbəxtliklərinə görə, “cadugərlər”i gunahlandırırlar və hesab edirlər ki, onlar kəndlilərə yoxsulluq və uğursuzluqlar gətirən lənətləri göndərirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm