Axar.az-ın əməkdaşı qəzaya uğradı: 1 ölü, 3 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Axar.az-ın əməkdaşı qəzaya uğradı: 1 ölü, 3 yaralı (YENİLƏNİB)

"Teleqraf Holdinq"ə daxil olan Axar.az az saytının əməkdaşı, "Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl dünən gecə Qarabağ savaşının iştirakçısı olan növbəti xanım qazilərlə müsahibədən qayıdarkən qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, jurnalistin içərisində olduğu "NAZ Lifan" markalı avtomobil Binəqədi rayonu ərazisində, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında yüksək sürətlə hərəkət edən "Jeep" markalı avtomobil tərəfindən vurululub. Nəticədə "NAZ Lifan"ı idarə edən qarabağ qazisi, 1975-ci il təvəllüdlü Sevil Abbasova hadisə yerindəcə keçinib.

Jurnalist Nihad Cəbrayıl, "NAZ Lifan"ın digər sərnişini 1968-ci il təvəllüdlü Əliyeva Solmaz və "Jeep"in sürücüsü 1981-ci il təvəllüdlü Kərimov Rəşad Ağateyyub oğlu müxtəlif dərəcəli xəsarətlərlə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qəzadan sonra "Jeep" markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıblar.

Qeyd edək ki, avtomobil Sevil Abbasovaya 2 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillərin avtomobillə təminatı proqramına əsasən verilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm