Polisdən qeyri-adi hərəkət: Avtobus sürdü, gediş haqqı almadı - FOTO, VİDEO
Bizi izləyin

Qırmızı.az

Polisdən qeyri-adi hərəkət: Avtobus sürdü, gediş haqqı almadı - FOTO, VİDEO

Bakıda yol polisi sürcülük vəsiqəsi olmayan avtobus sürücüsünü əvəz edib.

Publika.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat və foto yayılıb.Məlumta görə, Xətai rayonu ərazisində yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığında keçən 57 saylı marşrutla hərəkət edən sərnişin avtobusu yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı məlum olub ki, avtobusu idarə edən şəxsin sürücülük vəsiqəsi yoxdu. Sürücünü düşürən polis sükan arxasına keçərək sərnişinləri mənzil başına çatdırıb. Üstəlik də heç bir sərnişinin gediş haqqını ödəməsinə imkan verməyib. Polisin bunu etməkdə məqsədi sürücülük vəsiqəsi olmayan şəxsə sərnişinlərin taleyini həvalə edən Nəqliyyat Departamenti əməkdaşını görmək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm