Cəhənnəmə gedənlərin çoxu qadınlar olacaq - VİDEO
Bizi izləyin

Qırmızı.az

Cəhənnəmə gedənlərin çoxu qadınlar olacaq - VİDEO

Cəhənnəmə vasil olanların çoxu qadınlar olacaq.

Publika.az xəbər verir ki, bu barədə Cübbəli Ahmet Hoca kimi tanınan, İsmail Ağa Camaatının imamı Ahmet Mahmut Ünlü növbəti xütbəsində deyib. Budəfəki söhbətini "cəhənnəm əhli və qadınlar" mövzusuna həsr edən Cübbəli, Peyğəmbərin hədislərinə istinad edərək, cəhənnəmə düşənlərin çoxunun qadınlar olacağını deyib.

"Resullullah buyurur ki: Cəhənnəmə gedib baxdım. Oradakıların çoxu qadınlar idi. Çünki yaxşılığa və nemətə nankorluq edərlər. Ərlərinə sədaqət göstərməzlər. Bütün ömrü boyu ərindən yaxşılıq görüb, bir gün görməzsə, "zatən mən səndən heç bir xeyir görmədim" deyərlər", - imam vurğulayıb.

Cübbəli həmçinin cəhənnəmdə qadınların çoxluq təşkil etməsinin bir səbəbini də izah edib: "Çox bəddualar edərlər. Hamımızın evində qadın var. Hərkəsə, hər şeyə lənətlər yağdırarlar. Hətta özlərinə də bəddua edərlər. "Allah mənim də bəlamı versin" deyərlər. Belələrinə nə deyəcəksən ki!? Amin deyəcəksən, əldən başqa bir iş gəlməz", - Cübbəli əlavə edib.


"Cehennemin Çoğunluğu Kadınlardan Oluşur" haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm