• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Paytaxtın hansı küçələrində sıxlıqdır?

Paytaxtın hansı küçələrində sıxlıqdır?

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, səhər saatlarından başlayan sıxlıq hələ də davam edir.

Hazırda Bakı-Sumqayıt şosesi şəhər istiqamətində sıxlıq müşahidə edilir. Həmçinin Eldar Babayev küçəsi, Azadlıq Prospekti, Cəfər Xəndan küçələrinin kəsişməsində, Azərbaycan prospektində, “28 May” küçəsindən Salatın Əsgərova küçəsi istiqamətində sıxlıqdır.

Bundan başqa, 5 nömrəli xəstəxana istiqaməti, Ağa Nemətulla küçəsi, Nəriman Nərimanov metrosu yaxınlığı, Əhməd Rəcəbli küçəsində də sıxlıq davam edir.

Türkiyə səfirliyinin qarşısı, Babək və H.Əliyev, Neftçilər prospekti, A.Cəlilov, K.Rəhimov küçələrində isə səhər saatlarında sıxlıq olsa da, artıq hərəkət normaldır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR