AMEA-da yeni təyinatlar
Bizi izləyin

Qırmızı.az

AMEA-da yeni təyinatlar

AMEA Radiasiya Problemləri İnstitutuna yeni təyinatlar olub. AMEA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli iclasında qəbul edilib.

Digər qərarlarla fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev qurumun elmi katibi, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulov isə beynəlxalq əlaqələr üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm