Xidmətçi qadın işlədiyi evdən oğurluq etdi
Bizi izləyin

Qırmızı.az

Xidmətçi qadın işlədiyi evdən oğurluq etdi

Bakının Xətai rayonunda evdə təmizlik işləri aparan xidmətçi qadın oğurluq edib.


Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Milava Bağırova oktyabrın 10-da 2-ci Qəsəbə küçəsində yaşayan İlhamə Nəsirovanın evindən qızıl boyunbağı və üzük oğurlamaqda şübhəli bilinib.


Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində Milava Bağırova yaxalanıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm