TQDK test tapşırıqları hazırlamaq üçün mütəxəssis axtarır
Bizi izləyin

Qırmızı.az

TQDK test tapşırıqları hazırlamaq üçün mütəxəssis axtarır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqlarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edir.

Publika.az TQDK-nın saytına istinadən xəbər verir ki, müqaviləçi müxtəlif ixtisas istiqamətləri üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını hazırlamaq üçün müəyyən funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir. Bu funksiyalara sifariş əsasında test tapşırıqlarını tərtib etmək, həyata keçirmək, test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

Mütəxəssislər ixtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və ya rus dilini mükəmməl bilməli, Mircrosoft Office proqramlarında işləməyi bacarmalı, test tapşırıqlarının məxfiliyini qorumağı öhdəsinə götürməli və şəxsi məsuliyyət daşıdığını təsdiq etməlidir. Müraciət edənlərin test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanması üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Onların iş qrafiki razılaşdırılmış qrafik üzrə həftədə 3 iş günü müddətində ən azı 12 saat olacaq.

İşə götürülənin təyinatı, əməkhaqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslər öz CV-lərini noyabrın 16-dək [email protected] ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm