Xoşqədəm Hidayətqızı İstanbulda ŞOKA düşdü
Bizi izləyin

Qırmızı.az

Xoşqədəm Hidayətqızı İstanbulda ŞOKA düşdü

İstanbulda əsir götürüldüyü deyilən azərbaycanlı gəncin qurtarılması anını çəkmək istəyən Xoşqədəm Hidayətqızı gördüyü mənzərə qarşısında şok olub.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, paytaxt Bakıda yaşayan Kamran Məhəmmədzadə bir həftə əvvəl itkin düşüb. Ailəsi ATV-də “Səni Axtarıram” proqramına qatılaraq Xoşqədəm Hidayətqızıdan kömək istəyib.

23 yaşlı Kamran proqrama telefon vasitəsilə qoşulub və qumar borcuna görə Diyarbəkirə qaçırıldığını deyib. Qaçıranların 20 min manat pul istədiyini və məhz bu məbləğin qarşılığında azad ediləcəyini deyib. Bundan sonra Azərbaycan Konsulluğu hərəkətə keçərək Türkiyə polisindən kömək istəyib. Polislər Kamranın bir rus qadınla göründüyü ortaya çıxarıblar. Qadının şəxsiyyətini araşdıran polis onun bir hoteldə qaldığı barədə məlumat əldə edib.

Rus qadınla əylənən zaman tapılıb

Bütün bunlardan sonra Xoşqədəm Hidayətqızı İstanbula gəlib. Polisin təşkil etdiyi əməliyyatı çəkib. Pul istəyən şəxslərlə qarşılaşacağını güman edən Xoşqədəm Hidayətqızı qaçırıldığı deyilən Kamranın bir rus qadınla əyləndiyini görəndə şok olub.

Kamran Məmmədzadə “pulları qumarda uduzduğum üçün belə bir yalan uydurdum” deyib.

Verilişdə isə ana oğlunun İŞİD tərəfindən oğurlandığını iddia edirdi.

Qeyd edək ki, "Səni axtarıram" verilişi bu axtarışı Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalovun dəstəyi ilə həyata keçirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm