• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

DSMF beynəlxalq tədbirə ev sahibliyi edəcək

DSMF beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakıda oktyabrın 22-23-də “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Fondun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edəcəklər. Bununla yanaşı, seminara Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların nümayəndələri qatılacaqlar.

İki gün davam edəcək beynəlxalq seminarın əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasın genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır.

Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib, 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bir cox beynəlxalq tədbirlərinə ev sahibliyi edib. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin 22-23 oktyabr tarixlərində BSTA-nın “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR