Qırmızı.az
Nazir hərbçiləri təbrik etdi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edir.
Publika.az Nazirliyin mətbuat xidmətinə istinadən nazirin təbrik məktubunu təqdim edir:
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə
səmimi-qəlbdən təbrik edirəm.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük
nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş
birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması,
Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında
rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.
İnanıram ki, Siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsıniz.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, eyni zamanda döyüş hazırlığının artırılmasında uğurlar arzulayıram.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO