Rusiyanın axtardığı 5 nəfər Bakıda tutuldu
Bizi izləyin

Qırmızı.az

Rusiyanın axtardığı 5 nəfər Bakıda tutuldu

Rusiyada axtarışda olan şəxslər Bakıda tutuldu.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən bədən xəsarəti yetirmə) ilə axtarışda olanlar - Anar Davidov və Tehran Osmanov, 127-ci maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olan Tehran Əhmədov, 228-ci maddəsi (narkotik) ilə axtarışda olanlar - Mehman Axundov saxlanıb, Məhəmməd Qəniyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm