Qırmızı.az
"Azərbaycan" İntellektual Oyunlar Klubu çempionatlara start verdi - FOTO
Keçən mövsüm olduğu kimi bu mövsüm də "Azərbaycan" İntellelktual Oyunlar Klubu maraqlı sual paketləri və turnirləri ilə fəaliyyətinə davam edir.
Klubun prezidenti Aydın Piriyev deyib ki, klub universitet, məktəb və müxtəlif regional intellektual klubları öz ətrafında birləşdirir. “Azərbaycan” İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan respublikanın ali təhsil müəssisələri arasında keçirilən sinxron çempionatın oyunları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Turizm İnstitutu, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Müəllimlər İnstitutu və Azərbaycan Universitetində həftənin şənbə günləri təşkil olunur. 2013-2014-cü tədris ili ərzində yarışmasında çempionatda 200-dən çox komanda iştirak etmişdir.
Bunlardan əlavə olaraq, həmişə olduğu kimi, bazar günü intellektuallar üçün Azərbaycan və rus dillərində çempionatlar, yəni premyer-liqaların keçirilir. Bu yarışlara da davamlı olaraq bir sıra komandalar qoşulur və mövsümün sonunda ümümi yekunda isə yüksək nəticə göstərmiş ilk 3 komanda qalib sertifikatı, medallar və hədiyyələr, iştirak edən bütün komandalar iştirak sertifikatı ilə təltif olunurlar.
Azərbaycan İntellektual Oyunlar Klubu paytaxtla kifayətlənməyərək həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İOK-nun açılışı ilə başlayaraq bir sıra bölgələrimiz də bu hərəkata qoşuldular. Lənkəran, Quba, Qusar, Şabran, Siyəzən, İmişli, Göyçay, Balakən, Qərb bölgəsi üzrə Göygöl, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Ağstafa, Qazax üzrə hal-hazırda nümayəndəliklərimiz var və mütəmadi olaraq oyunlar təşkil edir.
2014-cü ilin fevral ayından etibarən isə Qərb rayonlarında da intellektual layihəyə start verildi. Layihəyə əsasən, hər ay Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə rayonlar çempionatları keçirildi və hər rayonun qalibi olmuş komandalar Qərb region birinciliyində iştirak etdilər. Və region nümayəndəlikləri şəbəkəmiz günün-gündən genişlənir. İmişli gəncləri də artıq AİOK üzvüdürlər.
Bundan əlavə qeyd edək ki, ənənəvi olaraq AİOK müstəqillik gününü özünəməxsus qeyd edəcək.18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü münasibəti ilə 26 oktyabr tarixində III Müstəqillik Kubokunu keçirəcək. Turnir "Nə? Harada? Nə zaman?" və "Fərdi oyun" formatları üzrə keçiriləcək. Turnirdə 60 NHN sualı və "Hərb və Sülh" mövzusunda "Fərdi oyun" gözlənilir.
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO