• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək

Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək

20 oktyabr 2014-cü il tarixdə BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın 69-cu sessiyasında iştirak etmək məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfər edəcək.

Qeyd edək ki, sessiya çərçivəsində “İnkişaf və sülh naminə İdman” bəndi altında müzakirələr keçiriləcəkdir. Müzakirələr zamani öz çıxışında nazir Azad Rəhimov müstəqillik qazandığı gündən ölkəmizin bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda Şahmat üzrə 42-ci Dünya çempionatının və Formula 1 Grand Prix yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Avro turnirinin keçiriləcəyi haqda məlumatlar verəcək.

Eyni zamanda, Azad Rəhimov ölkənin birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında 2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir 17 gün ərzində ölkəmizdə keçiriləcək Avropa oyunlarına Avropanin 6000-dən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və ölkəmizə gələcək turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və oyunların yüksək səviyyədə keçirilməsi üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.

Öz çıxında nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana diqqət və qayğısından və son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektlərinin tikilib, istifadəyə verilməsindən, idmançılarımızın Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında, Nanjinqdə keçirilmiş Yeniyetmələr arasında Olimpiya oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.

Sessiya zamanı həmçinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması da planlaşdırılır.

Səfər 25 oktyabr 2014-cü il tarixdə başa çatacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR