39 nəfəri öldürən qatil yaxalandı
Bizi izləyin

Qırmızı.az

39 nəfəri öldürən qatil yaxalandı

Braziliyada 39 nəfəri öldürən Qomez Da Roça yaxalanıb. Qeyd edək ki, Roça təhlükəsizlik xidmətinin əməkdaşıdır.

Həbs edilən qatil cinayətini etiraf edib.

Publika.az “Xəbər7”yə istinadən xəbər verir ki, Braziliya polisi bu ilin yanvarında Thiaqo Enrike Qomez da Roçanı bir motosiklet nömrəsini oğurlamağa çalışan zaman yaxalayıb və həbs edib. Azad ediləndən bir neçə gün sonra isə o, saxta dövlət nömrə nişanlı motosiklet sürərkən yaxalanıb.

Bütün bunlardan sonra polis hərəkətə keçib. Məsələ burasındadır ki, son vaxtlar artan və üstü açılmayan cinayətlər xalq arasında panika yaradıb.

Polis izləmələr nəticəsində qurbanlarını silahla öldürməmişdən qabaq “oğru var” deyə qışqıran, lakin hadisə yerindən heç nə oğurlamadan qaçan Roçanı yaxalayıb.

Roça anası ilə birlikdə yaşadığı evindəcə yaxalanıb. Braziliya polisinin nəzdində yaradılan xüsusi komanda tərəfindən iki gün əvvəl təşkil edilən əməliyyat nəticəsində evdən cinayət silahı olan tapança, motosiklet və oğurlanmış avtomobil nömrələri tapılıb.

Polisə 39 cinayət törətdiyini etiraf edən Roçanın qurbanları arasında bomjlar və transseksuallar da var.
Onun ən kiçik qurbanı isə 14 yaşında olub. Roça motosiklet sürərkən onu təsadüfən vurub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm