16 dövlət qurumundan hərbiçilərə “yaşıl işıq”
Bizi izləyin

Qırmızı.az

16 dövlət qurumundan hərbiçilərə “yaşıl işıq”

““Hərbi qulluqçuların status haqqında” qanun layihəsinin yeni variantı ilə bağlı 16 dövlət qurumu müsbət rəy bildirib”.

AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, qanun layihəsinin yenidən işlənməsi istiqamətində işçi qrupu yaradılıb və qanun layihəsinin yeni variantı ilə bağlı 16 dövlət qurumundan müsbət rəy alınıb.

Parlament rəsmisi əlavə edib ki, 2014-cü ilin yaz sessiyasında qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Eyni zamanda, Akif Təvəkküloğlu əlavə edib ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanun layihəsi üzərində işçi qrupu tərəfindən müəyyən işlər aparılır.

Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm