FHN Dövlət Müstəqillik Gününü qeyd edib
Bizi izləyin

Qırmızı.az

FHN Dövlət Müstəqillik Gününü qeyd edib

FHN Şimal Regional Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

Mərkəzin rəis müavini, polkovnik-leytenant Nazim Şakirzadə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan tarixinin qürur doğuran şərəfli səhifələrindən biri olan Milli Müstəqillik Günündən ətraflı bəhs edib.

Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqillik illərində keçdiyi yola nəzər salıblar. Onlar bildirmişlər ki, 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünün inkişaf mərhələsinə qədəm qoyub.

Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənmiş, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük diqqət yetirilib.

Ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu ölkələrdən birinə çevrilmiş, regionun lider dövləti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm