Konsertdə faciə: 14 ölü
Bizi izləyin

Qırmızı.az

Konsertdə faciə: 14 ölü

Cənubi Koreyada konsert faciə ilə nəticələnib.

Publika.az-ın “France-Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, on dörd insan həlak olub, ən azı on bir insan zərər çəkib.

Paytaxt Seulun yaxınlığındakı Sonnam şəhərində açıq səma altında keçirilən konsertdə insanların ağırlığına dözə bilməyən ventilyasiya barmaqlığı yıxılıb. Bu zaman 25 insan yeraltı avtodayanacağa düşüb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Yerli telekanalın məlumatına görə, konsertə toplaşan tamaşaçıların əksəriyyəti tələbə olub. Hadisə zamanı səhnədə Asiyada məşhur qız qrupu “4minute” çıxış edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm