Məsciddə qan töküldü: 2 ölü
Bizi izləyin

Qırmızı.az

Məsciddə qan töküldü: 2 ölü

Türkiyənin Sakarya vilayətinin Kocaali mahalındakı məsciddə qətl hadisəsi törədilib.

Publika.az xəbər verir ki, məscidə cümə namazına gedən iki əmioğlu silahlı hücuma məruz qalıb. Nəticədə 56 yaşlı Burhanettin Cengiz ölüb, 54 yaşlı Abuzer Cengiz isə ağır yaralanıb.

Publika.az xəbər verir ki, Allahın Evində baş verən bu hadisəyə Cengiz və Şahinlər ailəsi arasında 40 ildir davam edən qan davası səbəb olub. Düşmənlərindən "qisas"alan Hasan Şahin isə, hadisə yerindən qaçıb. Amma bir neçə dəqiqə sonra onun da öldüyü məlum olub. Hasan Şahin Məsciddən uzaqlaşdıqdan sonra tapança ilə başına atəş açaraq intihar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm