Bakıda 37 yaşlı kişi özünü yandırdı - İNTİHARA CƏHD
Bizi izləyin

Qırmızı.az

Bakıda 37 yaşlı kişi özünü yandırdı - İNTİHARA CƏHD

Gecə saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində içkili kişi polisi və həkimləri ayağa qaldırıb.

Teleqraf.com-un məlumatına görə, hadisə qəsəbənin 20 Yanvar küçəsi, ev 30 ünvanında qeydə alınıb.

37 yaşlı Lökbatan qəsəbəsinin sakini Qüdrət Mahmudov evə içkili gələrək həyat yoldaşı Cəmalə Mahmudova ilə mübahisə etməyə başlayıb. Daha sonra içkinin təsirindən Qüdrət evdəki benzini üstünə tökərək özünü yandırıb. Səs-küyə gələn qonşular çətinliklə olsa da Qüdrət Mahmudovun üstünə su tökərək yanğını söndürüblər.

Yaralı ağır vəziyyətdə hadisə yerinə gələn təcili tibbi yardım vasitəsi ilə paytaxtdakı 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra hadisə baş verən ünvana Qaradağ Rayon Prokrorluğu və polis idarəsinin əməkdaşları gəliblər. Xəstəxanadan verilən məlumata görə, hazırda Q.Məmmədovun vəziyyəti qeyri kafidir. İlkin araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm