Qırmızı.az
Prezident və xanımı “Naftalan Hotel by Rixos” otelindəki şəraitlə tanış olub - FOTOLAR
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış olublar.
Məlumat verildi ki, bu otelin təməli 2008-ci ildə qoyulub. Səkkiz
hektardan çox ərazisi olan otel 200 yerlikdir. Ötən ilin
aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən
oteldə keçən il yenidənqurma işləri aparılıb. Klassik və avanqard
arxitektura elementlərinin sintezi əsasında yaradılan yeni korpusun
interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan
istifadə olunub.
Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA
terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes
bölmələri fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan
və dünya mətbəxinin nümunələri təqdim ediləcək. Oteldə su
prosedurları korpusu da yaradılıb ki, o da özündə üzgüçülük
hovuzunu, yod-brom vannasını, sualtı idman hərəkətləri hovuzunu,
sauna və digər bölmələri birləşdirir. Yaxın gələcəkdə sanatoriyanın
imkanları nəzərə alınaraq burada müasir rentgen, ultrasəs
müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya,
hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət
göstərəcək.
Müxtəlif əyləncə bölmələrinin də olduğu oteldə trenajor zalı, günəş
vannası terrası və fəvvarələr kompleksi var. Oteldə hazırda dünya
şöhrətli “Rixos” qrupunun nəzarəti altında 182 nəfər çalışır. Heyət
yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar
təşkil edir.
Dövlətimizin başçısı otelin nömrələrində yaradılan şəraitlə tanış
oldu.
Bildirildi ki, otelin 92 otaqlı yataq korpusuna daha 71 otaq əlavə
edilib. Burada müxtəlif kateqoriyadan olan 163 nömrə müasir
tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. “Naftalan
Hotel by Rixos” otelində yaradılan gözəl şərait Azərbaycanda
mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu
sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha
təsdiqləyir.
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE