Kürdəmir sakinləri pulsuz müayənə olunub
Bizi izləyin

Qırmızı.az

Kürdəmir sakinləri pulsuz müayənə olunub

Kürdəmirin Mollakənd kənd sakinləri pulsuz müayinədən keçib.

Azərbaycan Tibb Universitetindən Publika.az-a verilən məlumata görə, bu aksiya Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.

Aksiya zamanı ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Mollakəndə gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.

Qeyd edək ki, bu səfərki aksiyada endokrinoloq dossent Əfəndiyev Tərlan, terapevt-kardioloq Zeynalov Fikrət, pediatr Nəsirova Səbahət, nevropa toloq Musayeva Aygün, onkoloq Cəfərova İnarə, ginekoloq Əliyeva Pərvanə, oftalmoloq Əlizadə Leyla və USM həkimi Əliyeva Səidə iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm