Hacıqabulda qəza: ər-arvad yandı
Bizi izləyin

Qırmızı.az

Hacıqabulda qəza: ər-arvad yandı

Bu gün axşam saatlarında Hacıqabul rayonunda iki nəfərin faciəli şəkildə həlak olması ilə nəticələnən yol qəzası baş verib.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlunun idarə etdiyi 50 BE 777 dövlət nömrə nişanlı, VAZ-2107 markalı avtomobil Pirsaat qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Elektrik dirəyi avtomobilin üzərinə aşdığından yanğın baş verib. Nəticədə Ayət Həsənovun özü və həyat yoldaşı Seyranə Abdullayeva avtomobilin içində yanraq həlak olublar.

Fakrtla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm