Heydər Əliyev Mərkəzində nikah bağlandı
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev Mərkəzində nikah bağlandı

Astarada ailə quran Ceyhun Rəsulov və Sevil Paşayeva adlı cütlük nikah aktına Astara şəhərindəki Heydər Əliyev Mərkəzində imza atıblar.

Publika.az xəbər verir ki, Bəy və gəlin əvvəlcə Ümummilli Liderin Mərkəzdəki büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, onun ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.

Ailə həyatı quran gənclər Azərbaycanın Dövlət Müstəqilliyi Günündə nikah mərasimlərinin Ümummilli Liderin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayıblar.

Mərasimdə rayon rəsmilərinin, Mərkəzin işçilərinin, yeni ailə həyatı quran gənclərin doğmaları iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm